
Tehranda İran və Suriya parlament sədrləri görüşüb
Tehranda İran və Suriya parlamentləri sədrlərinin görüşü keçirilib. İRİB-in verdiyi məlumata görə, ötən gün baş tutan görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional məsələlər və müsəlman dünyasındakı problemlər, xüsusilə Suriya böhranı müzakirə olunub.
İran parlamentinin sədri Əli Laricani Suriya hökumətinin xarici qüvvələr qarşısında müqavimət göstərdiyini yüksək qiymətləndirib: "Suriyadakı hadisələr müsbətə doğru gedir. Bu da Suriya dövlətinin, xalqının göstərdiyi müqavimətin və düşünülmüş tədbirlərin nəticəsidir".
Suriya parlamentinin sədri Məhəmməd Cavad əl-Ləham isə müsəlman dünyasının problemlərinin həlli, həmçinin İslam ölkələri arasında həmrəyliyin və gücləndirilməsi sahəsindəki səylərə görə İrana təşəkkür edib.
Digər xəbərlər