
Kənd təsərrüfatı naziri rayonlarda vətəndaşlarla görüşəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 25-də saat 11:00-da Quba Ərazi kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Quba rayonu, Timiryazev qəsəbəsi) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: 050-636-09-09, 023-33-5-19-50) tərəfindən həyata keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Digər xəbərlər