
Eks prezident xəstəxanalıq oldu
Podaqra xəstəliyindən (oynaq xəstəliyi) əziyyət çəkən Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib. Apa-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, eks prezidentin xəstəxanaya yerləşdirilməsinə baxmayaraq onun səhhətinə heç bir təhlükə yoxdur.
Məlumata görə, J.Şirak Parisin yaxınlığındakı O de Sen departamentində yerləşən Amerika xəstəxanasına yerləşdirilib. "O, son 2 gün ərzində ayaq nahiyəsindəki şiddətli ağrılardan şikayət edirdi, lakin onun səhhəti üçün heç bir təhlükə yoxdur. Hospitalda həkimlər onu müayinə edəcək", deyə keçmiş prezidentin ətrafında olan mənbə bildirib.
Digər xəbərlər