Suriyada hökumətə qarşı 120 min nəfərlik ordu vuruşur

Suriyada hökumətə qarşı 120 min nəfərlik ordu vuruşur

17 Fevral 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada hökumətə qarşı 110-120 min nəfərlik ordu vuruşur. Apa -nın Moskva müxbirinin xəbərinə görə, bu barədə "İnterfaks"a Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Mənbə deyib ki, Suriyada hökumətə qarşı döyüşən qüvvələrin sayının artması çox təhlükəlidir: "ABŞ-ın açıqladığı hesabatda hökumətə qarşı vuruşanların sayının 75-115 min nəfər olduğu, bunlardan 26 mininin terror təşkilatının üzvü olduğu bildirilib. Bizim apardığımız araşdırmalar nəticəsində bu rəqəmin daha çox olduğu müəyyənləşib. Suriyada hazırda bir sıra Avropa və Orta Şərq ölkələrindən 7 min silahlı döyüşür".

Xaricdən gələn silahlıların sayının artması nəticəsində Suriyada Əfqanıstanda yaşananların təkrarlana biləcəyi barədə xəbərdarlıq edən Müdafiə Nazirliyi rəsmisi bildirib ki, vaxtilə Əfqanıstanda mücahid qruplar arasında 35 min əcnəbi sovet ordusuna qarşı vuruşub.