İran prezidenti: “İstənilən təcavüzkar qarşısında duruş gətirə biləcəyik”

İran prezidenti: “İstənilən təcavüzkar qarşısında duruş gətirə biləcəyik”

11 Fevral 2014 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

"İranın xarici siyasətində qonşu dövlətlər xüsusi yer tutur"

"İran istənilən təcavüzkar qarşısında duruş gətirə biləcək. İran xalqına qarşı təhdidlər faydasızdır".

İTAR-TASS-ın verdiyi məlumata görə, belə bir bəyanatla İslam İnqilabının 35-ci ildönümü münasibəti ilə xalqa müraciətində İran prezidenti Həsən Ruhani çıxış edib.

"Heç bir ölkə bizi məğlub edə bilmədi. İslam Respublikası sanksiyalar qarşısında duruş gətirdi. Ölkəmiz inkişaf yoluna davam etməkdədir" deyən H.Ruhani Tehranda minlərlə insan qarşısında çıxışı zamanı vurğulayıb.

H.Ruhani ölkənin xarici siyasətinə də toxunub. İran üçün xarici siyasətdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin əhəmiyyət kəsb etdiyni bildirən prezident Tehranın digər dövlətlərlə məhz bu prinsiplər əsasında konstruktiv dialoqa tərəfdar olduğunu qeyd edib.

"İranın xarici siyasətində qonşu dövlətlər xüsusi yer tutur. Biz bölgədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə çalışırıq. Burada terrorçuluğa qarşı mübarizə vacib şərtlərdən biridir".