Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

7 Fevral 2014 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko Azərbaycana işgüzar səfər edib.

Məlumata görə, səfər çərçivəsində V.Mayko Azərbaycan baş nazirinin I müavini, iqtisadi-ticarət əməkdaşlıq məsələləri üzrə birgə Azərbaycan-Ukrayna komissiyasının həmsədri Yaqub Eyyubovla, xarici işlər naziri Elmar Məmmədyarovla, Sənaye və İqtisadi İnkişaf , Fövqəladə Hallar nazirliklərinin, habelə ARDNŞ rəhbərliyi ilə görüşüb.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, habelə 2013-cü ilin 17-18 noyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri və bu səfər çərçivəsində keçirilən Ukrayna və Azərbaycan prezidentlərinin IV toplantısı zamanı əldə olunan razılaşmaların icrası müzakirə olunub.

"Tərəflər arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Bu əməkdaşlığın əsas istiqamətləri energetika, inşaat, elm və kənd təsərrüfatı sahələridir", - deyə Ukrayna XİN-in məlumatında bildirilir.