
Prezident yeni hökuməti formalaşdırmağa hazırdır
Ukrayna prezidenti Viktor Yanukoviç münaqişəni uzatmamağa və yeni hökuməti formalaşdırmağa hazırdır. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu jurnalistlərə Regionlar Partiyasının parlament fraksiyasının üzvü, dövlət başçısının parlamentdəki nümayəndəsi Yuri Miroşniçenko deyib.
O bildirib ki, prezident yeni hökumətin formalaşdırılması ilə bağlı parlament fraksiyasının liderləri ilə məsləhətləşmələri davam etdirir.
Miroşniçenko onu da deyib ki, Ukraynada növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi gündəmdə deyil.
Digər xəbərlər