Konqresmen Putini “bandit” adlandırdı

Konqresmen Putini “bandit” adlandırdı

24 Yanvar 2014 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Rusiya prezidenti Vladimir Putini emosional şəkildə "bandit" adlandıraraq, Barak Obama administrasiyasını Amerikanın maraqlarının müdafiəsinə çağırıb. Siyasətçinin fikrincə, Putin öz qonşularına hörmətlə yanaşmır.

Haqqın.az bildirir ki, Konqresdə Ohayo ştatını təmsil edən respublikaçı Beyner Rusiya liderini NBC telekanalının "The Tonight Show" proqramında ittiham edib. Onun sözlərinə görə, prezident Obama Putinə qarşı çıxaraq, Amerikanın və onun xüsusilə Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını daha yaxşı müdafiə etməlidir.