
Rusiyada rəhbər vəzifələri satan dəstə ifşa edildi
Rusiyada rəhbər vəzifələri satan dəstə ifşa edilib. Onlar hakim "Единая Россия (Vahid Rusiya)" partiyasındakı rəhbər vəzifələri 60 milyon rubla (red: təxminən 1 mln 400 min manat) satmaqda ittiham olunurlar. İnterfax-ın Rusiya DİN İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə Baş idarəsinə istinadən yaydığı məlumata görə, Rusiyanın hakim partiyasının daxilində xüsusi sxem aşkar edilib. Sxemə əsasən imkanlı şəxslər partiyadaxili proseduralardan yan keçərək, hakim siyasi elitada birbaşa rəhbər vəzifələrə təyin olunurmuşlar. Hələlik bu yolla vəzifə qazananların adları açıqlanmasa da, dələduzluqda ittiham olunan iki nəfər istintaqa cəlb olunub. Onların təsir dairələri, vəzifəli şəxslərlə əlaqələri və ümumən fəaliyyətləri hərtərəfli araşdırılır.
Mediainfo.az