Barak Obama: “İrana qarşı yeni sanksiyalar tətbiq ediləməyəcək”

Barak Obama: “İrana qarşı yeni sanksiyalar tətbiq ediləməyəcək”

21 Yanvar 2014 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

"İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyini düşünmürəm". "Fars" xəbər agentliyinə istinadən Apa-nın verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama "The New Yorker" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresində İrana qarşı yeni sanksiyalar tətbiq olunmasına dair qərar alınsa, ona veto qoyacaq: "Yalnız ABŞ Konqresinin nümayəndələri deyil, xalq da tarixi olaraq İrana şübhə və düşmənçiliklə baxır. ABŞ Konqresinin üzvləri İsrailin təhlükəsizliyi haqqında söylədikləri mövzusunda çox həssasdırlar".