Kənd  təsərrüfatı  naziri almaniyalı həmkarı ilə görüşdü

Kənd  təsərrüfatı  naziri almaniyalı həmkarı ilə görüşdü

17 Yanvar 2014 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd  təsərrüfatı  naziri  Heydər  Əsədov  Almaniyada rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib. Mediainfo.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir Berlin şəhərində  keçirilən  ərzaq,  kənd  təsərrüfatı  və  bağçılıq  üzrə beynəlxalq  "Yaşıl Həftə"  sərgisində  və  sərgi  çərçivəsində  Kənd Təsərrüfatı Nazirlərinin  6-cı  Berlin  Sammitində  iştirak etmək məqsədilə  Almaniya  Federativ  Respublikasında  rəsmi  səfərdədir. 

2014-cü  il  16 yanvar  tarixində  nazir  Heydər  Əsədov  Alman-Azərbaycan  Forumunun  sədri  Eberhard  Şleyer  ilə  görüşüb.   

Görüş  zamanı  tərəflər  arasında  əlaqələrin  genişləndirilərək  kənd  təsərrüfatı  sahəsində  də  əməkdaşlığı  əhatə  etməsi imkanları  müzakirə  edilib. Nazir  Heydər  Əsədov  Azərbaycanda  aqrar  sahədə  peşə  hazırlığının  gücləndirilməsinə  ehtiyacın  olduğunu  və  bu  sahədə  Almaniya  təcrübəsinin  Azərbaycanda  tətbiqinin  faydalı  ola  biləcəyini  vurğulayıb.  Forumun  sədri  bu  sahədə  ölkəmizə  dəstək verməyə  hazır  olduğunu  və  tezliklə  bu  məsələyə  dair  layihə hazırlanacağını bildirib.

Daha  sonra  nazir  Heydər  Əsədov  beynəlxalq  Yaşıl  Həftə  sərgisinin  və  Ərzaq  və  Kənd Təsərrüfatı  üzrə  Qlobal Forumun  açılış  tədbirində  iştirak  edib. 

Açılış  tədbirindən  sonra  nazir  Heydər  Əsədov  Almaniya  Federativ  Respublikasının  ərzaq  və  kənd  təsərrüfatı  naziri Hans  Peter  Fridrix  ilə  görüşərək  iki  ölkə  arasında  aqrar  sahədə  əməkdaşlıq  əlaqələrini  daha  yaxından  müzakirə etmək  məqsədilə  almaniyalı  həmkarını  Azərbaycana  dəvət  edib.