2013-də Rusiya 60 min miqrantı ölkədən qovub

2013-də Rusiya 60 min miqrantı ölkədən qovub

15 Yanvar 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Rusiyadan 63 mindən artıq əcnəbi çıxarılıb. Bu barədə çərşənbə günü jurnalistlərə RF Federal Miqrasiya Xidmətinin (FMX) departament rəhbərinin müavini Dmitri Demidenko bildirib.

Demidenko deyib: "63 mindən çox xarici vətəndaş ölkənin hüdudlarından kənara çıxarılıb, bundan başqa, daha 1,3 min nəfər deportasiya edilib, həmçinin biz yarım milyon xarici vətəndaşın ölkəyə girişini məhdudlaşdırmışıq".
2012-ci ilin müqayisəli statistikası açıqlanmır. Bütovlükdə, Rusiyaya keçən il 17,5 milyon əcnəbi gəlib, onlardan nə qədərinin ölkədə qaldığı dəqiqləşdirilmir.
Demidenko girişin daha çox Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları üçün bağlı olduğunu bildirib.
FMX əməkdaşlarının mübarizə apardıqları əsas istiqamətlər icazə verilmiş ölkədə olma müddətinin aşılması və il ərzində dəfələrlə inzibati qanun pozuntularına yol verilməsidir.
Federal Miqrasiya Xidmətinin mətbuat katibi Zalina Kornilova dəqiqləşdirib ki, qanun pozuntularında ifşa edilmiş əcnəbilərin ölkəyə girişi avtomatik bağlanır.