Qırğızıstan Tacikistandakı səfirini geri çağırıb

Qırğızıstan Tacikistandakı səfirini geri çağırıb

14 Yanvar 2014 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan Tacikistandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb. Bu barədə "K-News" saytı Qırğızıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Səfir Urmat Saralayev sərhəd zonasında baş vermiş insidentlə əlaqədar məsləhətləşmələr üçün geri çağırılıb.

Qeyd edək ki, yanvarın 11-də Qırğızıstan – Tacikistan sərhədində qırğız və tacik sərhədçiləri arasında atışma olub. Hadisə nəticəsində 6 qırğız və 2 tacik yaralanıb.