Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

10 Yanvar 2014 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Osman Kayser bu gün Bakıya gəlib.

Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir Azərbaycanın xarici işlər nazirinə və prezidentinə etimadnamələrini təqdim etdikdən sonra diplomatik fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, X.O.Kayser ötən ilin dekabr ayında bu vəzifəyə təyin edilib. Bu postda o, İkramullah Məsudu əvəz edib.