Gürcüstan prezidenti yanvarın sonunda Azərbaycana gələcək

Gürcüstan prezidenti yanvarın sonunda Azərbaycana gələcək

8 Yanvar 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili yanvar ayının sonunda Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov məlumat verib.

Millət vəkili bildirib ki, səfər yanvar ayının əvvəllərinə planlaşdırılsa da, hər iki tərəfin digər işləri olduğu üçün Marqvelaşvilinin səfəri ayın sonlarında gerçəkləşəcək.

Qeyd edək ki, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfərini ötən ilin dekabr ayında edəcəyi gözlənilsə də bu səfər sonradan təxirə salınıb.