
ATƏT-in yeni sədri İsveçrə oldu
Bu gündən etibarən İsveçrə ATƏT-ə sədrlik etməyə başlayıb. Təşkilatın sədri səlahiyyətlərini İsveçrənin xarici işlər naziri Didye Burkxalter qəbul edib. ATƏT sədri kimi prioritetlərini açıqlayan Didye Burkxalter bildirib ki, İsveçrə dondurulmuş münaqişələrin həllində irəliləyiş əldə olunmasına, transmilli təhlükələrlə mübarizəyə, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə, gənclər üçün planların reallaşdırılmasına çalışacaq. "İsveçrə ATƏT-ə sədrliyi Serbiya hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcək. Çünki 2015-ci ildə ATƏT-ə Serbiya sədrlik edəcək", - deyən sədr onu da əlavə edib ki, İsveçrənin prioritetləri sırasına Balkanlarda sülhə, xüsusən Serbiya ilə Kosovo arasında razılaşmaya nail olmaq, eləcə də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq da daxildir.
Mediainfo.az