"Rüşvət əməliyyatı" çərçivəsində yaxalananların apellyasiyası rədd edildi

"Rüşvət əməliyyatı" çərçivəsində yaxalananların apellyasiyası rədd edildi

2 Yanvar 2014 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 17-də iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z.Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə.Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, "Halkbank"ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Ebru Gündeşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılmışdı. Onlardan bəziləri sonradan sərbəst buraxılıb. Əlavə edək ki, həbs edilən 10 nəfərin apellyasiya şikayəti rədd edilib.

Mediainfo.az