Hüseyn Abdullayev Azərbaycandan üz döndərdi

Hüseyn Abdullayev Azərbaycandan üz döndərdi

13 Dekabr 2013 11:35
Bəyəndim (0) Bəyənmədim (0)
İnterpolda axtarışda olan eks deputat Almaniyaya sığındı

Keçmiş millət vəkili Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb. Sabiq deputat bu barədə "Azadlıq" qəzetinə göndərdiyi məktubunda bildirib.H.Abdullayev məktubda qeyd edib ki, artıq ona Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib.

Qeyd edək ki, H.Abdullayev uzun müddətdir Almaniyada yaşayır. Keçmiş deputat bu ilin yayında siyasi sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət etmişdi.

Xatırladaq ki, H.Abdullayev İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. Onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən külli miqdarda vergidən yayınma ittihamı ilə araşdırma başladılıb.