Xarici İşlər nazirini ermənilər aksiya ilə qarşıladılar

Xarici İşlər nazirini ermənilər aksiya ilə qarşıladılar

12 Dekabr 2013 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistana gedib.

Nazirlə birlikdə bir qrup türkiyəli jurnalist də İrəvandadır. Ə. Davudoğlu Ermənistan paytaxtında etirazla qarşılanıb. "Daşnaksutyun"un gənclər ittifaqının və "Nikol Aqbalyan" tələbə ittifaqının üzvləri tədbirin keçirildiyi otelin qarşısına gələrək Ə. Davudoğluna etirazlarını bildiriblər. Onlar əllərində "Soyqırıma Stop!", "İnkara Stop!", "Ədalətsizliyə stop!" yazılmış plakatlar tutublar. Qeyd edək ki, toplantıda Azərbaycanı XİN-in şöbə müdiri Şövqi Mehdizadə təmsil edir.