7 deputat istefa ərizəsi yazıb

7 deputat istefa ərizəsi yazıb

11 Dekabr 2013 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin 7 üzvü istefa ərizəsi yazıb. Apa -nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentində Xürrəmabad şəhərini təmsil edən deputat İbrahim Ağaməhəmmədi açıqlama verib.

Onun sözlərinə görə, İranın Loristan vilayətini təmsil edən 9 millət vəkilindən 7-si istefa ərizəsini ölkə parlamentinin Rəyasət Heyətinə təqdim ediblər: "Onlar 2014-cü ilin dövlət büdcəsi layihəsində İranın Loristan vilayətinə ayrılmış maliyyə vəsaitindən narazıdırlar".