
Rəsulzadənin şəklini BDU-nun həyətində asdılar
Prezident İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı imzaladığı sərəncamdan sonra BDU-nun tələbələri onun fotosunu universitetin həyətinə vurublar.
"Qafqazinfo" xəbər verir ki, sözügedən foto sosial şəbəkələrdə paylaşılıb. Foto BDU-nun həyətində Rəsulzadənin büstü üçün ayrılan yerdə qoyulub. Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov da Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər keçirəcəklərini qeyd etmişdi:
"Rəsulzadənin BDU-da anım günü qeyd ediləcək. Hətta onun adına konfranslar keçiriləcək. Bu barədə ətraflı düşünürük".
Digər xəbərlər