Həmsədrlər dekabrın ortalarında bölgəyə növbəti səfər edəcəklər

Həmsədrlər dekabrın ortalarında bölgəyə növbəti səfər edəcəklər

5 Dekabr 2013 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) dekabrın ortalarında bölgəyə növbəti səfər edəcəklər.

Diplomatik mənbələrdən apa -ya verilən məlumata görə, vasitəçilər Azərbaycanda və Ermənistanda keçirəcəkləri görüşdə münaqişənin həlli üzrə danışıqların gedişini, eləcə də iki ölkə xarici işlər nazirlərinin gələn ilin əvvəlində keçiriləcək görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tyerri Repentin, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyəli sonrakı danışıqlara hazırlıq görmək üçün 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər.