
Kiyevdə insanlar yenidən Müstəqillik Meydanına axışır
Ukrayna Ali Radasının hökuməti istefaya göndərmək barədə qərar layihəsini rədd etməsindən sonra Kiyevdə insanlar yenidən Müstəqillik Meydanına axışmağa başlayıb.
Apa-nın "Censor.net" saytına istinadən verdiyi məlumata görə, meydanda qurulmuş səhnədə çıxış edən müxalifətçilər bütün Ukraynanın total şəkildə səfərbər olaraq Kiyevin baş meydanına gəlməsi haqda çağırışlar edirlər: "Burada bir neçə milyon insan toplanmalıdır".
Müxalifət liderlərindən biri, millətçi "Svoboda" Birliyinin lideri Oleq Tyaqnibok hökumət binalarının mühasirəsini davam etdirəcəklərini açıqlayıb.
Digər xəbərlər