Ukrayna Ali Radasının komitəsi hökumətin istefası haqqında qərar layihəsini qəbul edib

Ukrayna Ali Radasının komitəsi hökumətin istefası haqqında qərar layihəsini qəbul edib

2 Dekabr 2013 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə Komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib.

Apa-nın "Ukrainskaya pravda" saytına istinadən verdiyi məlumata görə, bunu "Batkivşina" fraksiyasının lideri Arseni Yasenyuk deyib. Faktı komitənin üzvü, UDAR fraksiyasının lideri Vitali Kliçko da təsdiqləyib. Ali Rada noyabrın 3-də keçirilək iclasında bu qərar layihəsini müzakirə edəcək.

Dövlət quruculuğu və yerli idarəetmə Komitəsinin sədri David Jvaniya hökumətin istefası üçün lazımi miqdarda səs toplanacağına əmin olduğunu deyib. O, Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs veriləcəyini bildirib: "Hökumətin istefası ilə bağlı problem yoxdur".