
ABŞ Ermənistana yeni səfir göndərir
Prezident Barak Obama ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürüb. "Armenia today" xəbər portalının yaydığı məlumata görə, dövlət başçısı bu vəzifəyə Con Heffernin (John A. Heffern) təyin olunmasını məsləhət görüb. C.Heffern hazırda ABŞ-ın NATO-dakı diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində çalışır. Bundan əvvəl o, ABŞ-ın İndoneziya, Malayziya, Yaponiya və Çindəki səfirliklərində işləyib. Xatırladaq ki, ABŞ-ın Ermənistandakı hazırkı səfiri Mari Yovanoviçin səlahiyyət müddəti iyun ayında başa çatır. Onun ABŞ dövlət katibinin Şimali və Mərkəzi Avropa üzrə müavininin köməkçisi təyin olunacağı gözlənilir.
Əsas odur, ABŞ-ın elçisi olsun, erməni diasporunun yox...
Tofiq Əliyev
O.M.
Digər xəbərlər