İrəvanda Ermənistanın Gömrük İttifaqına qoşulmasına qarşı etiraz yürüşü keçirilir

İrəvanda Ermənistanın Gömrük İttifaqına qoşulmasına qarşı etiraz yürüşü keçirilir

2 Dekabr 2013 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan paytaxtında ölkənin Gömrük İttifaqına qoşulmasına etiraz əlaməti olaraq yürüş başlayıb. "Armenia today" xəbər saytının verdiyi məlumata görə, aksiya Şimal prospekti-Respublika meydanı-Əmiryan küçəsi-Maştos prospekti-Baqramyan prospekti-prezident iqamətgahı marşrutu üzrə keçirilir.

Polis əməkdaşları əvvəlcə Şimal prospektini bağlasalar da, daha sonra yürüşçülərin prospektə girişinə və planlaşdırdıqları marşrut üzrə hərəkətinə icazə veriblər. Aksiya iştirakçıları "Serjik, get!", "Putin, get!", "AvroErmənistan", "Müstəqil Ermənistan", "Ermənilər, birləşin!", "Biz ölkəmizin sahibiyik!" şüarları səslənir. Onlar əllərində "STOP-Russia" yazılmış plakat tutublar.

Prezident iqamətgahının ətrafında çoxlu sayda polis əməkdaşları toplaşıb.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfəri başlayır.