
Fələstin nümayişində İsrail təxribatçısı
Reuters agentliyinin redaktorun seçimi bölməsində maraqlı bir şəkil diqqətimizi çəkdi. Şəklin altında belə bir yazı qeyd olunurdu: 2011-ci il 15 may günü Qüdsün qərb sahilində qaçqınların Şuafat düşərgəsində yaşanmış qarşıdurma zamanı polislər nümayişçiləri tutmağa çalışırdılar. Bu zaman qadınlardan biri əlində silah maşını açmağa cəhd göstərdi. Sonradan məlum oldu ki, o, İsrail xüsusi xidmətlər orqanının qadın paltarında gizlənən kişi əməkdaşı imiş.
Xatırladaq ki, 1948-ci ildə İsrail dövlətinin yaranmasının rəsmən elan olunmasından sonra yüz minlərlə fələstinli öz yurdlarından qaçmaq məcburiyyətində qalmışlar. Məhz bu münasibətlə hər il fələstinlilər "Nakba" adlı kütləvi anım və müqavimət tədbirləri həyata keçirirlər.
Meşə çaqqalsız, nümayiş təxribatçısız olmaz...
Könül Aypara
O.M.