Azərbaycan XİN: "Yaxın vaxtlarda Misirdəki səfirliyimiz tam heyətdə işini bərpa edəcək"

Azərbaycan XİN: "Yaxın vaxtlarda Misirdəki səfirliyimiz tam heyətdə işini bərpa edəcək"

13 Sentyabr 2013 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın vaxtlarda Azərbaycanın Misirdəki səfirliyi tam heyətdə işini bərpa edəcək.

Apa-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev keçirdiyi brifinqdə deyib. O bildirib ki, diplomatik heyət yaxın vaxtlarda Misirə qayıdacaq və səfirlik adi rejimdə fəaliyyət göstərəcək. Xatırladaq ki, hazırda Azərbaycanın Misirdəki səfirliyində 2 diplomat çalışır. Digər diplomatlar avqustun sonlarında Misirdə vəziyyətin kəskinləşməsindən sonra bu ölkədən təxliyyə edilib.

O.M.