Böyük Britaniyanın yeni səfiri Bakıya gəlib
Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri İrfan Sıddık Bakıya gəlib.Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfir Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnamələrini təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.İ. Sıddık 1998-ci ildən Britaniya XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. İ. Sıddık Cek Strou və Marqaret Bekket xaric işlər naziri vəzifəsində çalışarkən onların şəxsi katibi olub. Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edəcək.
O.M.
Digər xəbərlər