Rusiya Kuril adalarına yeni silahlar göndərəcək

Rusiya Kuril adalarına yeni silahlar göndərəcək

11 May 2011 17:21
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Yaponiya ilə aralarında böyük problemlərə gətirib çıxaran uzaq şərq bölgəsindəki Kuril adalarına yeni silahlar göndərməyə başlayacaq. Bunu Rusiyanın Baş Qərargah rəisi Nikolay Makarov İnterfaks agentliyinə verdiyi açıqlamada bildirib. O, Kuril adalarında silahların yenilənməsi işlərinin 3-4 il ərzində tamamlanacağını da qeyd edib. Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev Yaponiya ilə Rusiya arasında münaqişə yaradan 56 adacıqdan ibarət Kuril adalarını keçən il dekabr ayında ziyarət etmişdi. Bu səfər Moskva ilə Tokio arasında böyük böhrana səbəb olmuşdu. Medvedev səfəri zamanı sözügedən bölgəyə büdcədən daha çox pay veriləcəyini vəd etmiş, Kuril adalarının təhlükəsizliyinin təmin edilməsi üçün daha müasir silahlarla təchiz edilməsi lazım olduğunu söyləmişdi.


Belə getsə, məşhur Rus-Yapon müharibəsi təkrar olunacaq

Tofiq Əliyev

O.M.