Qənirə Paşayeva İmranı ziyarət etdi

Qənirə Paşayeva İmranı ziyarət etdi

24 İyul 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Qənirə Paşayeva Nabranda baş verən hadisədə ayağını itirmiş iki yaşlı İmran Cəfərzadəyə baş çəkib. Oxumeni.az xəbər verir ki, millət vəkili bu barədə facebook səhifəsində yazıb.

"Bu gün səhər Nabranda baş verən hadisədə ayağını itirən iki yaşlı İmran Cəfərzadəyə baş çəkdik. Anası, atası, Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi, həkimlər xeyli söhbət etdik. İmranın xaricdə bütün müalicə xərclərini üzərinə götürən dəyərli insanlara təşəkkür edirik. İmranın ailəsi üçün böyük bir dəstək oldu və ailəyə bu xeyirxahlığı göstərənlərdən Allah razı olsun. İnşallah, İmran yüksək səviyyədə müalicə və əməliyyatları keçirib yaşıdları ilə oynayacaq, sonra da anasının arzuladığı kimi - hamı kimi məktəbə gedəcək. İmranın vəziyyəti müsbətə doğru gedir və inşallah, Allahın və xeyirxah insanların, həkimlərin yardımı ilə daha da yaxşı olacaq".

O.M.