“Tanrı onsuz da braziliyalıdır"

“Tanrı onsuz da braziliyalıdır"

24 İyul 2013 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Papanın zarafatı...

Braziliyaya səfərə gedən Roma papası I Fransisk qeyri-adi iddia ilə çıxış edib.

Məlumata görə, bu səfərdə papanı 70 jurnalist müşayiət edib. Romadan başlayan və 12 saat davam edən səyahət müddətində ruhani lider vaxtaşırı jurnalistlərlə zarafatlar edib. Papa daha sonra braziliyalı jurnalistlərdən biri ilə "Tanrı onsuz da braziliyalıdır. Siz də papanın braziliyalı olmasını istəyirsiniz" – deyə zarafatlaşıb. Xatırladaq ki, bu ilin mart ayında keçirilən seçki vaxtı kardinallar arasında braziliyalı namizəd də var idi. Braziliyalılar onun seçiləcəyini ümid etsələr də, bu baş verməmişdi. Braziliyalılar isə "Onsuz da Tanrı braziliyalıdır" – deyərək, özlərini təsəlli etmişdilər. Bu söz daha sonra Braziliyada zərbi-məsələ çevrilmişdi.

O.M.