İlham Əliyev Türkiyəyə gedəcək

İlham Əliyev Türkiyəyə gedəcək

24 İyul 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri nəzərdə tutulub.

Bu barədə SalamNews-a diplomatik mənbədən məlumat verilib.Bildirilib ki, səfər bu ilin noyabrında reallaşacaq. Ölkə prezidentinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti noyabrda Türkiyədə keçiriləcək Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək. Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcək sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda bu istiqamətdə iş gedir.

O.M.