Ermənistan Naxçıvanı öz adına yazdı

Ermənistan Naxçıvanı öz adına yazdı

23 İyul 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
“İrəvan “öz itirilmiş ərazilərini” geri almalıdır”.

Ermənistan rəsmi dairələri Azərbaycana qarşı növbəti ərazi iddası ilə çıxış edib. Oxumeni.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ-da ermənilərin buraxdığı "Kaliforniya kuryeri" qəzetinə istinadən bildrir ki, Ermənistanın baş prokuroruAqvan Ovsepyan Beynəlxalq Ümumerməni Forumunda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasını "Ermənistanın ayrılmaz hissəsi" elan edib.

O, bildirib ki, Yerevan "öz itirilmiş ərazilərini geri almalıdır".Ovsepyan dünyanın müxtəlif yerlərindən Foruma gəlmiş erməni hüquqşünaslarını Azərbaycana qarşı ərazi iddiaları əks olunmuş hüquqi paket hazırlamağa çağırıraq, bu sənədi beynəlxalq məhkəməyə verməyə səsləyib.

"İndi biz hüquqi müstəviyə keçməliyik. Bu qurbanların törəmələri maddi kompensasiya almalı, Türkiyədəki erməni kilsələri bərpa olunmalı, Ermənistan isə öz itirdiyi ərazilərini geri almalıdır"-deyə baş prokuru öz sayıqlamasında vurğulayıb.

Ermənisstan prezidenti Serj Sərkisyan isə bildirib ki, "erməni "genosidi" və onun nəticələrinin aradan qaldırılması hər zaman aktualdır: " Türkiyə bunu etiraf etməlidir" .

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyan isə bəyan edib ki, "erməni soyqırımı" ilə bağlı olan tələbləri qaldırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar qəbul edilib. Bu dövlət komissiyası isə "hüquqi paket" hazırlayacaq.

O.M.