VİDEO: İlham Əliyev müharibəyə hazırlıqdan danışdı

VİDEO: İlham Əliyev müharibəyə hazırlıqdan danışdı

20 İyul 2013 11:54
715
Bəyəndim (0) Bəyənmədim (0)
“Bu silahlarla düşmənin istənilən mövqeyini məhv etmək mümkündür”

Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından video yayılıb. Prezident çıxışında Azərbaycanın hərbi xərcləri ilə bağlı danışıb və maraqlı məqamlara toxunub. İ. Əliyev bildirib ki, bəzən mətbuatda Azərbaycanın xaricdən aldığı hərbi sursatlara xərclənən vəsaitlə bağlı müxtəlif rəqəmlər səslənir. Prezident əslində, xaricdən alınan silah-sursata xərclənən pulun səsləndirilən rəqəmlərdən dəfələrlə çox olduğunu qeyd edib. Ali Baş Komandan həmçinin bildirib ki, alınan bu silahlarla düşmənin istənilən mövqeyini məhv etmək mümkündür.

O.M.