Anar Məmmədxanov - 43

Anar Məmmədxanov - 43

20 İyul 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Anar Məmmədxanovun ad günüdür

Anar Məmmədxanov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ordan məzun olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış (1995, 2000, 2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.Anar Məmmədxanov 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.Evli idi, 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

O.M.