
Azərbaycan prezidenti Xaçmazda səfərdədir
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal bölgəsinə səfəri başlayıb.
Dövlət başçısı səfər çərçivəsində Xaçmaz rayonuna gəlib. Dövlət başçısı öncə Heydər Əliyevin Xaçmaz şəhər mərkəzində yerləşən abidəsini ziyarət edib, daha sonra yeni inşa olunan Tarix Muzeyinin binasının açılışına qatılıb. Ölkə başçısı Xaçmaz İdman Olimpiya Kompleksinin və biznes mərkəzinin açılışında da iştirak edib.
O.M.
Digər xəbərlər