Prezident: "Mətbuat xalqın maraqlarını müdafiə etməlidir"

Prezident: "Mətbuat xalqın maraqlarını müdafiə etməlidir"

11 İyul 2013 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayına təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məktubu qurultay iştirakçılarının diqqətinə çatdırıb.

Oxumeni.az məktubun mətnini təqdim edir:

"Hörmətli Qurultay iştirakçıları: Sizi salamlayır növbəti qurultayınızın işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycan Respublikasında siyasi plüralizmin təmin edilməsi, KİV-in sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran, süni maneələr aradan qaldırılıb. KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik, beynəlxalq standartlara uyğunlaşdırılmış, mətbuatın maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan jurnalistlərinin 1-ci qurultayında mətbuatın özünütənzimlə orqanı kimi yaradılmış Mətbuat Şurası, media cəmiyyət, media dövlət münasibətlərinin müasir təcrübəyə uyğun nizamlandırılmasında əhəmiyyətli rol oynayıb.

Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasına inkişafına, dövlət orqanları, mətbuatla vətəndaş münasibətlərinin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərib. Bu gün ölkəmizin artan imkanları KİV-in, o cümlədən milli mətbuatın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər istiqamətlər üzrə önəmli tədbirlər həyata keçirilib. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, milli şüura, vətənpərpərlik hisslərinə əməl edən və digər resursların formalaşdırılmasıdır. Qlobal informasiya cəmiyyətində ictimai rəyə təsirin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının marağını müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki,qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində öz missiyasını yüksək səviyyədə təmsil olunmasına şərait yaradacaq, mətbuatımızın inkişafına yüksək təsir göstərəcək. Qurultay iştirakçılarına, Azərbaycanın bütün jurnalistlərinə uğurlar və möhkəm cansağlığı arzulayıram".

O.M.