Baş nazirin 3 manatlıq eynəyi

Baş nazirin 3 manatlıq eynəyi

10 İyul 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin baş naziri Devid Kameron saxta günəş eynəyi ilə görüntülənib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ailəsi ilə birlikdə "Cornbury" musiqi festivalına gedən baş nazir festival keçirilən ərazidə yalın ayaqla gəzib.

Ancaq nazirin diqqət çəkən tək hərəkəti bu olmayıb. O, həm də saxta eynəkləri ilə diqqət cəlb edib.Devid Kameronun "Ray-Ban" brendinin təqlidi olan "Ray-Beri" markalı eynək taxdığı məlum olub. Həmin eynəyin onlayn alış-veriş saytı olan "eBay"da 2 sterlinqə (təxminən 3 manat) satıldığı bilinir. Qeyd edək ki, Devid Kameronun illik qazancı 142 500 sterlinqdir.

O.M.