Obama müsəlmanları təbrik etdi

Obama müsəlmanları təbrik etdi

9 İyul 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)
"Ramazan müsəlmanlar üçün dərin düşüncələr, inam və möminlik dövrüdür"

ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.

Bu barədə RİA Novosti məlumat verib."Ramazan müsəlmanlar üçün dərin düşüncələr, inam və möminlik dövrüdür. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərinə ehtiramını bildirmək imkanıdır. Bu əlaqələr bizi çox tez-tez ayıran fərqlilikdən xeyli möhkəmdir", deyə Obama bildirib.

Onun sözlərinə görə, amerikalı müsəlmanlar hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyərək ölkənin inkişafına öz töhfələrini verirlər.Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.

ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını əmin edib ki, Vaşinqton onların ölkələrində demokratik dəyişikliklər üçün fəaliyyət göstərəcək.

O.M.