Azərbaycanda prezident seçkilərinin dəqiq vaxtı avqustda açıqlanacaq

Azərbaycanda prezident seçkilərinin dəqiq vaxtı avqustda açıqlanacaq

4 İyul 2013 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Seçkilərin dəqiq tarixi ilə bağlı müzakirələrin keçirilməsi çox güman ki, avqust ayında keçiriləcək". Bunu Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, seçkilər mövcud prezidentin səlahiyyətinin başa çatan ili, oktyabr ayının üçüncü həftəsində keçirilməlidir.
"Bu da oktyabr ayının 16-na təsadüf edir. Bildiyiniz kimi, Əmək Məcəlləsinə dəyişiklik olub. Səsvermə günü qeyri-iş gününə düşürsə, tarix dəyişilməlidir. Lakin həmin gün Qurban bayramına düşdüyündən qeyri-iş günü sayılır. Buna görə də tarix dəyişilməlidir. Qanunun tələbi belədir", – deyə MSK rəsmisi qeyd edib.

O.M.