
İrandan Ben Laden iddiası!
İranın
Kəşfiyyat naziri Heydər Muslihi Əl-Qaidə lideri
Usama Ben Ladenin daha öncə xəstəlikdən öldüyünü və bunu sübut etmək üçün
əllərində dəlillərin olduğunu iddia etdi.
Ben Ladenin ölüm xəbərini jurnalistlərlə birlikdə
qiymətləndirən iranlı nazir, "Amerikalıların öldürdüyünü iddia etdikləri
Ben Laden xəstəlikdən ölüb. Onun əməliyyatdan daha əvvəl öldüyünə dair qəti
dəlil, sənəd və məlumatlarımız mövcuddur", - deyə açıqlama
verib. Muslihi ABŞ-ın Ben Ladeni öldürdüyünə dair xəbərlərinin sadəcə
"ssenari" olduğunu dilə gətirərək əlavə etdi: "Bu yenilik İslam
ölkələrində xalq hərəkətlərini alovlandırmaq məqsədini güdür. Ben Ladenin
öldürülməsi ssenarisinin əhəmiyyətli bir qismi də Amerikadakı daxili
seçkilər və pis iqtisadi şərtləri ört-basdır etməkdir!"
İranda fəaliyyət göstərən silahlı Cundullah
təşkilatının lideri Abdulmalik Rig ötən il tutulmuş və onun görüntüləri bütün
dünya ilə paylaşılmışdı. İndi Muslih soruşur: "Nəyə görə amerikalılar Ben
Ladenin cəsədinin görüntülərini dünyaya təqdim etmirlər?"
Cavabı əldə etmək üçün gərək Ben Ladenlə əlaqə saxlayaq ki, o da Barak Obamadan soruşsun...
Günel Həbib
O.M.