İlham Əliyev İcra Hakimiyyətinin binasının açılışında

İlham Əliyev İcra Hakimiyyətinin binasının açılışında

3 İyul 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışı oldu

Azərbaycan prezidenti İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, əvvəlki bina 1970-ci illərin əvvəllərində inşa edilib. Ötən ilin mayından başlayaraq bina və buraya bitişik akt zalı müasir memarlıq üslubunda yenidən qurulub. Bir mərtəbə artırılmış binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb.

Buradakı şərait rayon icra hakimiyyətində "elektron hökumət"in bir çox elementlərinin reallaşdırılmasına imkan verib. Belə ki, elektron kargüzarlıq, sakinlərin müraciət xidməti, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr icra hakimiyyəti başçısı aparatı əməkdaşlarının səmərəli fəaliyyət göstərməsinə imkan verməklə yanaşı, əhalinin rahatlığını və məmnunluğunu təmin edəcək.

Binanın girişində Heydər Əliyevin büstü qoyulub, iş otaqlarının arakəsmələrində şəffaf, interyer həllində isə Avropa ölkələrində istehsal olunmuş materiallardan istifadə edilib. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 264 yerlik akt zalında müasir avadanlıq quraşdırılıb. Dövlət başçısına rayonda həyata keçirilməsi nəzərdə tutulan işlər barədə elektron xəritə əsasında məlumat verilib.

O.M.