Müğənni prezident oldu
Məşhur musiqiçi Mişel Martelli Haitidə prezident seçkilərində qələbə qazanıb. O, səslərin 67,57%-ni toplayıb. Onun rəqibi Mirland Maniqa isə 31,74% səs toplaya bilib. Xatırladaq ki, prezident seçkilərinin ikinci turuna martın 20-də start verilmişdi.
Prezident seçkilərinin nəticələrinin rəsmi acıqlanmasından sonra Martini əleyhdarları küçələrə axışıblar. Toqquşmalar baş verib.
Qeyd edək ki Mişel Martelli Haiti zəlzələsindən sonra siyasətə qoşulmuş, tez bir zamanda isə xalqın dəstəyini almışdı.
O.M.
Digər xəbərlər