Putin qayıdacaq?

Putin qayıdacaq?

5 Aprel 2011 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Putin seçkiqabağı vədlərə başlayıb. O seçicilərin rəyini qazanmaq üçün problemlərdən danışıb.

Bu ilin sonlarında keçiriləcək parlament seçkilərindən danışan Baş nazir işsizlik məsələsinə də toxunub. O işsizliyin aradan qaldırılması üçün 105 milyard rubl pul ayıracağını söyləyib.

Maaşları isə 2012-ci ilə qədər 30% qaldırmağa söz verib. Daha sonra narkomaniya və rüşvətlə mübarizə yollarından danışıb. Vladimir Putin 2012-ci il prezident seçkilərinə də qatılacağını açıqlayıb.

O.M.