Obama vücuduna tatu döydürəcək
ABŞ prezidenti Barak Obama söz verib ki, qızlarından biri tatuaj etdirsə, o da eyni addımı atacaq. Amerika prezidenti bunu NBC telekanalına müsahibəsində deyib.Prezidentin sözlərinə görə, o və həyat yoldaşı Mişel övladlarının tərbiyəsində bəzən reversiv psixologiyaya əl atırlar: "Biz qızlarımıza demişik: "Əgər siz nə vaxtda tatuaj etdirmək qərarına gəlsəniz, o zaman mən və ananız bədənimizin eyni yerinə həmin döyməni etdirəcəyik"", - Barak Obama gülərək deyib. "Sonra Youtube-yə gedəcəyik və ailəvi tatumuzu nümayiş etdirəcəyik", - ABŞ prezidenti əlavə edib.
O.M.
Digər xəbərlər