Görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin harada yaşadığı məlum olub
Azərbaycanın görkəmli siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri və Cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri Fətəli Xan Xoyskinin həyatı və keçdiyi şanlı mübarizə yolu bütün gələcək nəsillər üçün parlaq bir nümunə olaraq qalır və daim tədqiqatçıların diqqətini özünə cəlb etməkdə davam edir.
Milli dövlətimizin qurulmasında və tanıdılmasında böyük xidmətlər göstərən Fətəli Xan Xoyskinin fəaliyyətini araşdıran tarixçi alim Elnur Nəciyev onunla bağlı maraqlı bir fakta diqqəti cəlb edib. Bununla bağlı onun Oxuməni.az-a verdiyi məlumata görə, müstəqillik tariximizdə özünəməxsus şərəfli bir iz buraxan bu görkəmli siyasi xadim Bakıda “Sadıqov qardaşlarının evi” kimi tanınan tarixi binada yaşayıb.
Tarixçi alim deyib ki, hazırda bu bina Bakıdakı Filarmoniya bağı ilə üzbəüz, İstiqlaliyyət və Niyazi küçələrinin kəsişməsində yerləşir. Elnur Nəciyev Fətəli Xan Xoyski kimi məşhur siyasi xadimlərimizin xatirəsinin yüz illərboyu əbədi olaraq yaşayacağını və heç vaxt unudulmayacağını xüsusi olaraq vurğulayıb. O deyib ki, yetişməkdə olan gənc nəslin belə məşhur siyasi xadimlər nümunəsində tərbiyə olunması müstəqilliyimizin min illərboyu qorunmasında mühüm rol oynayacaq.
Əziz MUSTAFA

















































.jpg)
.jpg)
.jpg)










































