Prezident gözələ kilidləndi...
Amerika lideri Barak Obama dörd günlük İsrail turunda ölkədə təşkil olunan gözəllik yarışmasının qalibi Yityish Aynav ilə şam yeməyi yedi. Bir neçə həftə öncə "Miss İsrail" seçilən efiyopiyalı "Titi" ləqəbli gözəl İsrailin ilk qara dərili gözəli olaraq tarixə düşdü. Çox maraqlı və rəngarəng keçən yeməkdə Obama gözələ komplimentlər yağdırarkən, arada xanımı Mişeli də yada salmağı unutmadı. Yityish Aynava həyat yoldaşının da onun kimi uzun olmaq arzusunda olduğunu bildirən Obama, "Çox gözəlsən. Mişel də sənin kimi uzun olmaq istəyərdi", - deyərək, sanki mesaj göndərdi. Gözəl də prezidentlə bağlı xatirələrini bölüşməyi unutmadı: "Məktəbdə oxuduğum zamanlarda Obama ilə bağlı bir layihədə iştirak etmişdim. Çox güclü və yaraşıqlı biri olduğunu bilirdim. Hər zaman əlindən gələni edib və çox xeyirxah, sadəlövhdür. Məncə, məni təsirləndirən də elə bu amillərdir".
Günel Həbib
O.M.



































































.jpg)
.jpg)
.jpg)
























