İlham Əliyev Bakıda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfransın açılışında iştirak edib
Beynəlxalq konfrans martın 19-da başa çatacaqdır
Martın 18-də Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir. BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısı açılış nitqi söylədi. Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış etdi. Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdi. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər. Beynəlxalq konfrans martın 19-da başa çatacaqdır.
O.M.
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)




























