Washington Post: Kursk əməliyyatı uğursuz oldu, Zelenski danışıqlara hazırdır
“The Washington Post” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın mövqelərinin zəifləməsi fonunda Rusiya ilə danışıqlara daha açıq olub.
Rusiya Silahlı Qüvvələrinin Donbassda uğurlu hücum hərəkətləri və Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatının uğursuzluğu fonunda Vladimir Zelenskinin mövqeləri zəifləyib və buna görə də o, Rusiya ilə dialoqa və sülh danışıqlarına daha açıq olub. Bu barədə “The Washington Post” Qərb diplomatlarına istinadən yazır.
Mətndən göründüyü kimi, Qərb Zelenskinin “Ukraynanın 20 faizindən çoxunu işğal etdiyi və hər hansı ərazini verməsi ehtimalı az” olsa da, Rusiya ilə danışıqlara daha açıq olduğunu hiss edib.
“WP” xatırladır ki, Ukrayna lideri müntəzəm olaraq Kiyevin şərtləri ilə münaqişəyə son qoymağın vacibliyini vurğulayırdı, lakin il ərzində onun mövqeyi zəiflədi, Rusiya isə döyüş meydanında gücləndi.
Rusiyanın hücumunun sürətli tempi fonunda Qərb analitikləri yaxın aylarda Ukraynanın yeni ərazi itkilərini proqnozlaşdırırlar, materialda qeyd edilir.
Bundan əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti Ukrayna lideri Vladimir Zelenskinin Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazır olduğunu, bunun müqabilində Kiyevin Qərbdən təhlükəsizlik zəmanəti istədiyini yazmışdı.
Almaz Həsənli